Sabah bu avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

 20:05 06.10.2021     528

07.10.2021-ci il tarixində Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görə, bu səbəbdən Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən