Keçmiş polis rəisi vəfat etdi - FOTO

 10:16 07.10.2021     1587

Azərbaycanda polis polkovnik-leytenantı vəfat edib.

Redaktor.az
xəbər verir ki, bu barədə onun ailə yaxınları bildirib.

Uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən polis polkovniki Qədirov Maksim Süleyman oğlu bu gecə həyatını itirib.

Qədirov Maksim 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.
 

Xidməti illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb (oxu.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən