Təhsil şöbəsinin müdiri işdən çıxarıldı - Yeni təyinat - FOTO

 12:45 07.10.2021     731

Salyan Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.

Qeyd edək ki, X.Piriyev 5 ildən artıq idi Salyan Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi.

R.Dadaşova isə bundan öncə Salyan rayon Peşə liseyinin direktoru vəzifəsində çalışıb (report).

Dadaşova Razıgül

2