Azərbaycanın bu rayoununda zəlzələ oldu

Bu gün yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.
Redaktor.az bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadla xəbər verir.
Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi isə 2 km olan təkanlar zəif hiss olunub.