Gənc həkim koronavirusdan vəfat etdi - FOTO

 16:03 07.10.2021     1826

Koronavirus daha bir tibb işçisinin həyatına son qoyub.

Redaktor.az xəbər verir ki, həkim Ramil Həsənli koronavirusdan vəfat edib. Bu barədə onun bacısı məlumat verib:

“Çox təəssüf ki, koronavirusun qurbanlarından biri də biz olduq. Bu qədər mübarizə aparmağımıza baxmayaraq bu xəstəlik bizdən bir can aldı, canımızı aldı. Yanımızda olan hər kəsə bacısı olaraq təşəkkür edirəm, haqqınızı halal edin. Allah qardaşıma və onun timsalında bu xəstəlikdən dünyasını dəyişən hər kəsə rəhmət eləsin. Məkanı cənnət olsun".

Qeyd edək ki, Ramil Həsənli Türkiyədə yaşayır və təhsilini orada davam etdirirdi. O, Ankara Gazi Universitetinin Tibb fakültəsi xəstəxanasında müalicə alırdı. 

Şəbnəm Mehdizadə

2