Sarkisyanın komsomol bileti üzə çıxdı - Serj yox, Serjik Sarkisyan - FOTO

 16:33 07.10.2021     2631

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın öz adını dəyişdirdiyini bildirib:

“Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azərbaycan dövlət başçısının sözügedən açıqlamasından sonra Sarkisyanın əsl adı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Daha sonra sosial şəbəkələrin həm Azərbaycan, həm də Ermənistan seqmentində eks-Prezidentin komsomol biletinin fotosu yayılıb.

Sənəddən də onun adının Serjik olduğunu görmək mümkündür.