Peyvənd olunanların sayı artdı

 18:54 07.10.2021     148

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 42 746 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 573 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 884 266 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 850 515, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 033 751 təşkil edir.