Komitə sədri Yaponiyanın fəal qadınları ilə görüşdü - FOTO

 10:18 08.10.2021     327

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın Beynəlxalq İnvestisiya şirkəti TET-in təşkilatçılığı  ilə respublikamızda səfərdə olan ictimai fəal yapon qadınları ilə görüşüb.

Redaktor.az xəbər verir ki, gündoğar ölkənin işgüzar, ictimai fəal xanımlarını Azərbaycanda salamlamaqdan məmnun olduğunu söyləyən Q.Paşayeva, onlara Azərbaycan -Yaponiya əlaqələrindən danışıb. Dost Yaponiyaya səfərlərindən söz açan və bu gözəl, maraqlı ölkə haqqında kitab yazdığını bildirən Q.Paşayeva, kitabda iki ölkə arasındakı münasibətlərə geniş yer verildiyini vurğulayıb.

Q.Paşayeva TET-in Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən onun Milli Məclisdə təmsil etdiyi Tovuz rayonunda həyata keçirdiyi sosial layihələr barədə məlumatlı olduğunu bildirib. O, iki dost ölkə arasında, mədəniyyət daxil olmaqla müxtəlif əməli fəaliyyət sahələri üzrə bağların güclənməsindən məmnunluğunu ifadə edərək, işgüzar, ictimai fəal qadınların bu sahədə özünəməxsus rolu olduğunu deyib.

19 nəfərdən ibarət Yapon qadın heyəti adından təşəkkür edən xanım Yuka Katada Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib.

Görüşdə mədəniyyətyönümlü layihələr, yeni imkanlar və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Q.Paşayeva yapon qadınlarına Qarabağ motivli xatirə hədiyyələri və “Addım-addım Yaponiya” kitabımı hədiyyə edib.

Görüşdə “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva iştirak edib.

22