Diplomatik korpusun nümayəndələri Şuşaya getdi - FOTO

 11:05 08.10.2021     99

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

Səfər çərçivəsində mətbuat attaşeləri Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar.

Diplomatik korpusun nümayəndələri Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.