Fuad Muradov Meksika səfiri ilə görüşdü

 11:17 08.10.2021     493

Meksika səfiri Rodriqo Labardini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Komitədən Redaktor.az-a verilən məlumata görə, tərəflər əməkdaşlığın müxtəlif sahələrində əks olunan ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər: siyasət, iqtisadiyyət, ticarət, turizm, mədəniyyət və s. Eyni zamanda, hər iki ölkənin icmalarının yaxınlaşması sahəsində hüquqi bazanın möhkəmlənməsi üçün görülən işlərdən söhbət açıblar.

Əlavə olaraq, Komitə sədri qurumun son tədbirlərindən məlumat verərək, xarici ölkələrlə əməkdaşlığın inkişafı perspektivlərinə toxunub.

Səfir Labardini, öz tərəfindən, Meksika ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığa təkan vermək məqsədilə ikitərəfli səfərlər və əlaqələrin stimullaşdırılmasının zəruriyyətini qeyd edib.