Əli Kərimlinin mühafizəçisinə 13 il həbs verildi

 13:31 08.10.2021     480

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədova hökm oxunub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, 13 il azadlıqdan məhrum edilib. Bu barədə AXCP üzvləri sosial şəbəkədə məlumat yayıblar. 

Qeyd edək ki, dövlət ittihamçısı N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, N. Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.