Peyvəndlənmə ilə bağlı SON VƏZİYYƏT

 18:43 08.10.2021     505

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 38 789 vaksin vurulub.

Bu barədə Redaktor.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 668 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 923 055, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 863 636, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 059 419 təşkil edir.