AzTU-nun müəllimi vəfat etdi - FOTO

 18:52 08.10.2021     630

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının baş müəllimi Elxan Məmmədov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə AzTU məlumat yayıb.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

Elxan Məmmədov 1987-ci ildən 1991-ci ilə kimi AzTU-nun Elmi-tədqiqat şöbəsində mühəndis, sonra isə böyük mühəndis vəzifəsində işləyib.

1993-cü ildən AzTU-nun müxtəlif kafedralarında baş müəllim kimi çalışıb.

2