Hadrutun işğaldan azad edilməsindən bir il ötür

Azərbaycanın Xocavənd rayonu Hadrut qəsəbəsinin Ermənistanın işğalından azad olunmasından bir il ötür.
Redaktor.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-dən başlnanan Vətən müharibəsinin 13-cü günündə müzəffər ordumuz Hadrut qəsəbəsini ermənilərdən azad edib.
Belə ki, oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.