Vilayət Eyvazov rəis müavinini işdən çıxardı

 09:47 09.10.2021     985

Daxili işlər orqanında kadr dəyişikliyi olub. 

Redaktor.az xəbər verir kibununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Təyyar Rzaquliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb. 

Xatırladaq ki, 52 yaşlı T.Rzaquliyev 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Ağdam Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu il də Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə xidmətini Salyan Rayon Polis Şöbəsində davam etdirib. 2018-ci ilin iyunundan indiyədək isə Cəlilalabad RPŞ-nin rəis müavini kimi xidmət edib (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən