Ramiz Mehdiyev özünə müşavir TƏYİN ETDİ

 10:54 09.10.2021     1178

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub (report).

Xatırladaq ki, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevdir.