"Paşinyan mənim vasitəmlə möhürlənmiş zərfləri Əliyevə təhvil verdi" - Vanetsyan SİRLƏRİ AÇIDI

 11:23 09.10.2021     1509

"Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisi, yəni mənim vasitəmlə Əliyevə möhürlənmiş zərfləri təhvil verdi".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində  "Şərəfim var" fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan "Müsahibə 24TV" verilişinin efirində bildirib.

Paşinyanın operativ kommunikasiyalarla bağlı Milli Məclisdəki bəyanatlarını şərh edən Vanetsyan bildirib ki, baş nazir əslində manipulyasiyalarla məşğuldur.

O, məsələyə aydınlıq gətirmək üçün əvvəlcə əməliyyat əlaqəsinin nə olduğunu izah edib və bunun yalnız sərhədlərarası hadisələr üçün olduğunu qeyd edib. Dediyinə görə, bu əlaqəni erməni tərəfdən MTX-nin o vaxtkı rəhbəri Artur Vanetsyan, Azərbaycan tərəfdən isə həmkarı təmin edirdi.

Vanetsyan əsasən həmkarı ilə telefon əlaqəsi saxladığını və uyğun vəziyyətlərdə Dubayda və bir sıra başqa şəhərlərdə bir neçə dəfə görüşdüklərini qeyd edib.

Vanetsyanın sözlərinə görə, əsas söhbət mövzusu yalnız baş nazirə, eləcə də Təhlükəsizlik Şurasının üzvlərinə - xarici işlər və müdafiə nazirlərinə tam olaraq bildirilən sərhəd vəziyyəti ilə bağlı idi.

T.İSMAYIL