Azərbaycanda yoluxma sayı YENİDƏN ARTDI

 14:37 09.10.2021     3330

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6654 nəfər vəfat edib, aktiv xəstə sayı 12 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, ötən müddət ərzində isə ümumilikdə 4 944 352 test aparılıb.

2