Azərbaycanda polis rəisi QƏZAYA DÜŞDÜ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Şəmkir yolunda baş verib.
Emil adlı şəxs idarəetdiyi avtomobil ilə hərəkətdə olan digər nəqliyyat vasitəsini vurub. Hadisə nəticəsində həmin şəxs yüngül xəsarət alıb.
Əldə etdiyimiz digər məlumata görə, vurulan avtomobil Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqova məxsusdur.
Məlumatla bağlı Ə.Sadıqov "oxu.az"a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:
“Sərxoş sürücü avtomobili ilə maşınımın ön hissəsini vurub. Ciddi bir şey yoxdur, mən işimin başındayam”.