Sumqayıt sakini bıçaqlanaraq öldürüldü

 11:13 10.10.2021     191

Sumqayıtda qətl törədilib.


Redaktor.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.
Şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub. Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır (apa).