"Patı" satan Ağsu sakini saxlanıldı

 14:01 10.10.2021     320

Ağsu Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən