Şabranda maşın oğurlandı

 18:12 10.10.2021     119

Ötən gün Şabran rayonu ərazisində VAZ-2106 markalı, 17-BD-979 dövlət nömrə nişanlı avtomobil oğurlanıb.

Redaktor.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, maşın sahibi bu barədə polisə məlumat verib.

Şabran Rayon Polis İdarəsinin yol-patrul xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyatla oğurlanan avtomobil Qusar rayonu ərazisində aşkarlanıb.

Maşının kim tərəfindən oğurlandığı bilinmir. Sürücü hadisə yerindən qaçıb. Polis həmin şəxsi axtarır.