Qənirə Paşayeva Tovuzda seçicilələ görüşdü - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda seçicilərlə görüşüb.
Redaktor.az xəbər verir ki, deputat seçiciləri narahat edən məsələlərin mümkün olan qısa zaman ərzində həlli üçün əlaqədar dövlət orqanları rəhbərləri ilə telefonla danışıb, müzakirələr aparıb.
Bəzi vətəndaşların müraciətləri ilə bağlı müvafiq qurumlara rəsmi məktublar göndəriləcəyi bildirilib.
Q.Paşayeva ali dövlət rəhbərliyinin vətəndaşlara qayğısından danışaraq bunun hər bir millət vəkili, məmur üçün örnək olduğunu deyib.
"Biz hər bir vətəndaşın qayğılarını öz qayğımız bilmədən ümumölkə inkişafına töhfə verə bilmərik.
Biz dövlət-xalq birliyinin təntənəsini Vətən Müharibəsində gördük. Bu birlik xalqımızın xarakterinin göstəricisidir".
Sonda Q.Paşayeva görüş iştirakçılarına xatirə hədiyyələri təqdim edib.



