Deputatın velosipedini oğurladılar - FOTO

 11:18 11.10.2021     451

Milli Məclisin deputatından oğurluq olub.

Redaktor.az xəbər verir ki, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.

Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.

E.Mirbəşiroğlu "oxu.az"a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb:

“Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.