Ermənistanın Vətən müharibəsi dövründəki əməllərinə adekvat cavab verilməyib - Azay Quliyev

“Təəssüflər olsun ki, Ermənistanın Vətən müharibəsi dövründəki əməllərinə adekvat cavab verilməyib”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, Gəncənin bu gün ballistik raketlərdən, qadağan olunmuş raketlərdən atəşə tutulmasından 1 il ötür: “Ermənistanın bu əməllərinə cavab alması üçün biz işi davam etdirməliyik. Eyni zamanda parlament də Ermənistanın bu əməllərinin dünyaya çatdırılması üçün fəaliyyət göstərməlidir”.