Gənc tədqiqatçı koronavirusdan öldü

 14:07 11.10.2021     446

Türkiyə Atatürk Universitetinin azərbaycanlı doktorantı Nurlan Salamov koronavirusdan (COVİD-19) vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Oktyabrın 2-də koronavirus testi pozitiv çıxan Nurlan Salamov İstanbulda yerləşən xəstəxanların birində reanimasiya şöbəsində müalicə alırdı. Həkimlərin səylərinə baxmayraq onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, gənc tədqiqatçı Nurlan Salamov BDU-nun Jurnalistika Fakültəsinin məzunudur. O, Türkiyənin Atatürk Universitetində doktorantura pilləsində təhsil alırdı. Bu yaxınlarda  İkinci Qarabağ müharibəsindən bəhs edən "İkinci Qarabağ savaşı Türkiyə televiziyalarının müzakirə masasında” adlı  kitabı işıq üzü görüb.

Vumart və Güvən reklamı Vumart Güvən