28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olacaq

 17:01 11.10.2021     992

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Redaktor.az xəbər verir ki, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.