“Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi

 12:50 12.10.2021     416

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul olunub.

Redaktor.az xəbər verir ki, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.