Ağstafada qaz təchizatına qanunsuz müdaxilə AŞKARLANDI - VİDEO

 14:52 12.10.2021     1259

“Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa Xidmət sahəsinin əməkdaşları qaz təchizatından qanunsuz istifadə, özbaşına şəkildə müdaxilə halı aşkar ediblər.

Redaktor.az xəbər verir ki, Ağstafa rayonunun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə 2 rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib. Görüntülərdən göründüyü kimi vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir, bunun nəticələrinin ağır olacağının fərqində deyil və kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edir. Sözügedən məsələ ilə bağlı Birlik tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulma ləğv edilib. "Azəriqaz” İB bir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.

Daha ətraflı video-materialdan izləyə bilərsiz: