Azərbaycanın nə qədər vaksin ehtiyatı var?

 16:39 12.10.2021     314

Azərbaycanda hazırda 3 milyona yaxın vaksin ehtiyatı var.

Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

“Ölkəmizdə əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradılıb, bu işə yetəri qədər tibb işçisi cəlb olunub, yəni imkanlarımız var. Əhaliyə bir daha müraciət edirəm ki, gəlib peyvənd olunsunlar. Bu peyvənd əhali üçündür”, - deyə səhiyyə nazirinin müavini əlavə edib.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 37 min 99, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 903 min 419, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 133 min 680 nəfər təşkil edir.

Səhiyyə Nazirliyi son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq, hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini üçüncü doza (buster doza) ilə peyvəndlənməyə çağırır.