Goranboyda piyadanı maşın vurdu

 22:17 12.10.2021     1342

Goranboyda avtomobilin vurduğu piyada xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Rəhimli kəndində baş verib.

Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü kənd sakini İsmayılova Kəmalə Əjdər qızı xəstəxanaya yerləşdirilib. Daha sonra yaralı Gəncədəki klinikaların birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır. / APA