Azərbaycan, Rusiya və Ermənistanın dini liderləri görüşdü

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib.
Redaktor.az xəbər verir ki, Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilən görüş dini liderlərin Cənubi Qafqazda sülhməramlı missiyasına həsr olunub.
Qeyd edək ki, ötən gün Patriarx Kirill ayrı-ayrılıqda Allahşükür Paşazadə və II Qareginlə görüşüb.