"Bu il KİV əməkdaşlarının 1423 sorğusu cavablandırılıb" - Baş Prokurorluq

 15:37 13.10.2021     765

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və mərdliyi hesabına 44 günlük Vətən müharibəsində zəfər əldə etmişik. Bu gün də dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir”.

Redaktor.az xəbər verir ki,  bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə Baş prokurorun müavini Heydər Məmmədov deyib.

O bildirib ki, Müzəffər Azərbaycan Ordusu müharibədə qələbə qazanıb: “Prokurorluq orqanları media orqanları ilə əlaqələri hər an genişləndirməyə çalışır. Bu il KİV əməkdaşlarının 1423 sorğusu cavablandırılıb. Eyni zamanda vətəndaşlarla aktiv iş şəraitinin qurulması üçün instaqram səhifəsində vətəndaşlarla sorğu-sual təşkil edilib”.