Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 17:48 13.10.2021     1698

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib. 13 241 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, bu günə qədər isə ümumilikdə 4 979 535 test icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən