İtkin düşən kəşfiyyatçının nəşi tapıldı - FOTO/VİDEO

 19:09 13.10.2021     2551

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Bildirilib ki, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

Qeyd edək ki, İxtiyar İlqaroğlu 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan İxtiyar İlqaroğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İxtiyaroğlu oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ailəli olub, övladı yoxdur.

2