Vətən müharibəsi şəhidi dəfn olundu - YENİLƏNİB

 12:35 14.10.2021     1511

Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev dəfn edilib.

Redaktor.az xəbər verir ki, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Vətən müharibəsinin şəhidi İxtiyar İlqar oğlu Əliyevlə anadan olduğu Göranboy rayonunda vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, şəhidin nəşi Goranboy rayonunun, Goranlı kəndində yaşadığı evə gətirilib.

Vida mərasimda rayon İcra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyətinin nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edir. Şəhid kənd qəbirstanlığında dəfn ediləcək.

Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi. Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı. Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Qeyd edək ki, İxtiyar İlqaroğlu 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan İxtiyar İlqaroğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İxtiyaroğlu oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ailəli olub, övladı yoxdur.

Allah rəhmət eləsin!

222222
Vumart və Güvən reklamı Vumart Güvən