“Azəriqaz” daha bir yeniliyə imza atır - FOTO

 12:41 14.10.2021     469

“Azəriqaz” İB vətəndaş məmnunluğunu təmin etmək istiqamətində işlərini davam etdirir.

Redaktor.az xəbər verir ki, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir, vətəndaşların problem və təklifləri individual qaydada dinlənilir, məmur əlçatanlığı maksimum təmin edilir:

"Bu ilin avqust ayının 4-dən start götürən və qısa müddətdə əhatə dairəsi genişlənən “Açıq mikrofon” aksiyası da bu məqsədə xidmət edən layihələrdən biridir. Vətəndaşların rahat şəkildə istifadə etdiyi “Səyyar qəbul otaqları”nın imkanları geniş olsa da, bu layihənin radio versiyasının da effektiv olacağını düşünərək, Birlik “Açıq mikrofon”u ASAN radio vasitəsi ilə daha da asanlaşdıracaq. Oktyabrın 15-dən etibarən hər həftənin cümə günü saat 17:05-də “Açıq mikrofon”un səsi ASAN radiodan gələcək. Zəng edin, sizi maraqlandıran sualları verin, problemlərinizi səsləndirin ki, səsinizə səs verilsin!

 

 

2