"Elnur Əşrəfoğlu gözlərini açıb" - AÇIQLAMA

 14:59 14.10.2021     1339

"Elnur Əşrəfoğlunun vəziyyəti  hazırda  qənaətbəxşdir".

Redaktor.az-ın məlumatına görə, bu barədə "unikal.org"a jurnalistin qohumu məlumat verib. Onun sözlərinə  görə,  Elnur Əşrəfoğlunun son göstəriciləri stabildir. 

"Bildiyiniz kimi, Elnur  ECMO aparatından ayrılıb. Kritik vəziyyətdən çıxıb. Səhhəti yaxşılığa  doğru gedir. Şükürlər olsun ki, gözlərini açıb. Danışa bilməsə də, ona verdiyimiz suallara reaksiya verir. Həkimin nəzarəti altındadır". 

Vumart və Güvən reklamı Vumart Güvən