Bu gün şəhid olan hərbçimizin FOTOSU - Evin tək oğlu imiş...

 23:01 14.10.2021     1400

Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Redaktor.az xəbər verir ki, şəhidimiz Goranboy rayonunun Borsunlu kəndindəndir.

2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir ildir hərbi xidmətdə imiş.

O, sabah doğulduğu kənddə torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

 

Vumart və Güvən reklamı Vumart Güvən