Erməni silahlı dəstələri arasında atışma olub, ölənlər və yaralananlar var - Müdafiə Nazirliyi

 23:39 14.10.2021     1317

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur" - məlumatda deyilir.