Qarabağda ermənilər arasında atışma: 3 ölü, 9 yaralı - TƏFƏRRÜATLAR

 23:55 14.10.2021     757

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Redaktor.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

"İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, "milli.az"ın əldə etdiyi məlumatlara görə, ermənilərin sosial şəbəkələrdə guya Xocavəndi istiqamətində ordumuzun ermənilərin postunu minaatanlardan və pulemyotlardan atəşə tutulması barədə yaydıqları məlumatlar yalan və feykdir.

Gerçək budur ki, düşmənin postlarından birində həqiqətən partlayış olub. Çox yəqin əl qumbarası partlayıb.

Bundan sonra ermənilərin arasında atışma başlayıb.

Əsgərlərimiz baş verənləri sadəcə müşahidə ediblər.

Postdakı ermənilər arasında atışmada 3 erməni həlak olub, 9 erməni yaralanıb.

Postun yanına 7 sanitar maşın gəlib.

Xankəndindəki hospitala aparılmış banderloqlar arasında 3 erməninin vəziyyəti çox ağırdır.