Nazirlik polislə birgə reyd keçirdi

 18:04 16.10.2021     246

Su bioresurslarının mühafizəsi, ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri və "Təmiz hövzələr" aksiyası çərçivəsində Abşeron Milli Parkının su ərazisində Su Nəqliyyatında Polis İdarəsinin və milli parkın əməkdaşları tərəfindən birgə reyd keçirilib.

Redaktor.az xəbər verir ki, reyd zamanı ərazidə sənaye balıq ovu ilə məşğul olan subyektlərə Balıqçılıq haqqında və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri haqqında ölkə qanunvericiliyinin tələbləri izah olunub və bu tələblərə riayət olunması üçün xəbərdarlıq edilib.

Anoloji birgə nəzarət tədbirləri ölkə ərazisindəki digər xüsusi mühafizə olunan təbiət ərazilərində də davam etdiriləcək.