Azərbaycanda vəkilin avtomobili yandırıldı - FOTO

 13:36 17.10.2021     383

Zaqatalada Vəkillər Kollegiyasının üzvü, vəkil Azər İsmayılova məxsus avtomobil yandırılıb.

 

Redaktor.az xəbər verir ki, bu barədə Unikal.org-a vəkil özü məlumat verib.

O qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var:

"Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir".

222