Bakıda məşhur məktəb koronavirusa görə BAĞLANDI

 13:09 18.10.2021     2604

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Redaktor.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. 

Bildirilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***

Bakıda 20 nömrəli məktəb-lisey bağlanıb.

Redaktor.az xəbər verir ki, buna səbəb ümumtəhsil müəssisəsinin kollektivi və şagirdlər arasında COVID-19-a yoluxma faktlarının qeydə alınmasıdır.

Tədrisin iki həftəlik distant formada davam etdirilməsi ilə bağlı qərar verilib.

Vumart və Güvən reklamı Vumart Güvən