Sabahın havası AÇIQLANDI

 12:25 20.10.2021     4968

Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 1°şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.