Məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

 18:04 03.11.2021     533

"Azərbaycanda fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur. Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil".

Redaktor.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, əgər məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək: "Bu günə olan məlumatlar vəziyyətin gərgin olduğunu göstərmir" (report).