Şuşada parad keçiriləcəyi haqda xəbər doğru deyil

 18:55 03.11.2021     215

Bu gün sosial şəbəkələrdə və bəzi media orqanlarında Zəfər günü ilə bağlı Şuşada parad keçiriləcəyi haqda məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, bu informasiya doğru deyil: “Şuşada hər hansı hərbi parad nəzərdə tutulmur”.

Mənbə onu da əlavə edib ki, belə mühüm məsələlərlə bağlı təsdiqlənməmiş məlumatların yayılması yolverilməzdir: “Media nümayəndələri bu cür informasiyaları dövlət qurumları ilə dəqiqləşdirməlidirlər”.