Müəllimlər 3-cü doza vaksin vurdurmağa məcbur edilir?

 19:43 03.11.2021     407

Təhsil Nazirliyi müəllimlərin koronavirus əleyhinə vaksinin 3-cü dozasını vurdurmağa məcbur edilmələri barədə yayılan iddialara aydınlıq gətirib.

Redaktor.az-ın məlumatına görə, bu barədə açıqlama verən nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov bildirib ki, iddialar həqiqəti əks etdirmir və belə bir məcburiyyət yoxdur:

"Təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub. Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".