Kamran Əliyev bu rayona yeni prokuror təyin etdi - FOTO

 21:41 03.11.2021     521

Xızı rayonuna yeni prokuror təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə müvafiq əmri Baş Prokuror Kamran Əliyev imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Rahim Səfəralıyev təyinat alıb.

R.Səfəralıyev bu təyinatadək Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsində çalışıb (qafqazinfo).

2