Azərbaycan nefti kəskin ucuzlaşdı

 09:51 04.11.2021     486

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,34 ABŞ dolları, yaxud 2,69 % azalıb.

Redaktor.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 84,74 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb (report).